Haqqimizda
“YadEt” yalnız bir mobil tətbiq deyil — bu, insani bağların, duanın, hörmətin və yaddaşın rəqəmsal daşıyıcısıdır.
Layihə ilk dəfə 2024-cü ilin aprel ayında, uzun illər nənəsi ilə böyümüş bir nəvənin illər sonra onun məzarını ziyarət etməsi ilə aldığı daxili ilham nəticəsində doğuldu. Uzaqlarda olmaq və doğmalarının məzarını mütəmadi şəkildə ziyarət edə bilməmək duyğusu bizi bu tətbiqi yaratmağa sövq etdi.
“YadEt” platforması vasitəsilə istifadəçilər doğmalarını dua ilə yad edə, onların məzar baxımını sifariş edə və xatirələrini yaşada bilirlər.Bu bizim üçün sadəcə bir mobil qurulum deyil — həmçinin bu, yeni nəsil dövründə unudulmaqda olan dəyərləri yaşatmaq, öz soyunu xatırlamaq, ənənəni qorumaq və vaxtvə məsafə səbəbindən məzar ziyarəti edə bilməyən insanlar üçün Vətəndə və dünyanın istənilən nöqtəsində mənəvi bir körpü qurmaq missiyasıdır.
Yad etmək — vəfa, hörmət və saf sevgidir.